Teymur Rəcəbov son turda gücünü sınayacaq

Teymur Rəcəbov son turda gücünü sınayacaq
  21 İyul 2019    Oxunub:1994
Bu gün Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin son turunun oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla mübarizə aparacaq. Altı turun nəticəsinə əsasən, təmsilçimizin aktivində 3,5 xal var.

Qeyd edək ki, turnir cədvəlinə 4 xalla Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa) başçılıq edirlər. Beynəlxalq turnirin digər oyunçuları Riçard Rapport (Macarıstan) 3,5, Yan Nepomnyaşi (Rusiya), Daniel Fridman (Almaniya) 3, Kaydo Kyulaots və Liviu Dieter Nisipeanu (Almaniya) 1,5 xal qazanıblar.

Azvision.az



Teqlər: TeymurRəcəbov  





Xəbər lenti