EYOF: Daha bir güləşçimiz qızıl medal qazandı - Yenilənib

 EYOF:  Daha bir güləşçimiz qızıl medal qazandı -  Yenilənib
  21 İyul 2019    Oxunub:3920
Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

Azvision.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) isə bürünc medallar qazanıblar.

***
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.

Azvision.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.

Azvision.az



Teqlər: EYOF  





Xəbər lenti