Ağır yol qəzası, yaralılar var

Ağır yol qəzası, yaralılar var
  12 Mart 2013    Oxunub:1275
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Nizami Rəsulovun idarə etdiyi “VAZ 21015” markalı 99 SZ 915 dövlət nömrə nişanlı maşın Xırdapay kəndi ərazisində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində sürücü Nizami Rəsulov, sərnişinləri Xalid Abdullayev, Nəhmət İmamverdiyev və Vüsal Abdulrəhmanov müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti