Deputatlarımız 4 günlük Tiflisə gedib
Tədbirdə quruma üzv ölkələrdə geosiyasi mühit, beynəlxalq təhlükəsizliyin qorunmasında parlamentlərin rolu, regional konfliktlərin sabitlik və inkişafa təsiri, Avropaya və avroatlantik məkana inteqrasiya, iqtisadi, enerji, təbii sərvətlər və ətraf mühit sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində GUAM Parlament Assambleyası Bürosunun və komitələrinin iclasları keçiriləcək.
Nümayəndə heyətinin üzvləri toplantılarda müzakirəyə çıxarılacaq məsələlərə dair öz mövqeyini bildirəcək, təkliflərini verəcəklər.
Səfər dekabrın 4-da başa çatacaq.