Zakir Qaralov vətəndaşlarla görüşəcək

Zakir Qaralov vətəndaşlarla görüşəcək
  02 Dekabr 2013    Oxunub:936
Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 13-də saat 11:00-da Şirvan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.





Teqlər:





Xəbər lenti