Əli Kərimli Leyla Yunusdan niyə qorxdu? - Siyasi Animasiya

 Əli Kərimli Leyla Yunusdan niyə qorxdu? -    Siyasi Animasiya
  24 İyul 2019    Oxunub:10199
Özünü hüquq müdafiəçisi kimi qələmə verən Leyla Yunus sabiq prezident Əbülfəz Elçibəy haqqında xoşagəlməz fikirlər səsləndirib. Onu içki düşkünü, KQB agenti adlandırıb. Həbsdən çıxdıqdan sonra xaricə sığınan Yunusun bu sözləri birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə haqlı etirazlar doğurub.
Qəribədir ki, sağlığında Əbülfəz Elçibəyi özünə lider hesab edən, şəxsi maraqları üçün onun kölgəsinə sığınanlar indi ermənipərəst Leyla Yunusa cavab vermək əvəzinə, onun qarşısında susurlar. Ən yaxşı halda özlərini kənara çəkib, guya məsələdən xəbərsiz olduqlarını göstərməyə çalışırlar.

Başqa vaxt, xəstə toyuğun yumurtlamamasından saman çöpünə kimi xırda mövzular ətrafında ajiotaj yaradan, statuslara ara verməyən Əli Kərimli bəs niyə susur? Budurmu, onun Elçibəyə sayğısı? Bəlkə, o da Leyla Yunusdan qorxur, yoxsa yanında gözü kölgəlidir?!

Kirpi.info karikatura saytı bununla bağlı animasiya hazırlayıb. Həmin animasiyanı təqdim edirik:



Azvision.az


Teqlər: Əli-Kərimli   Lela-Yunus   Elçibəy   Təhqir   Animasiya  





Xəbər lenti