Cüdoçularımız Olimpiya Festivalında 3 medal qazanıb
Cüdoçumuz Avstriya, Yunanıstan, Türkiyə və Rusiya idmançılarını məğlub edərək Olimpiya Festivalının qalibi olub. Daha 2 cüdoçumuz bürünc medala layiq görülüb. Gülşən Bəşirova (44 kq) və Şükran Zamanlı yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutublar. İyulun 25-də qızlar 52, 57 və 63 kq, oğlanlar isə 66 və 73 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutan cüdo yarışlarına saat 10:30-da start verilir.
Azvision.az