General Abbasquliyevin yeri hələ də boşdur

General Abbasquliyevin yeri hələ də boşdur
  02 Dekabr 2013    Oxunub:1592
Dövlət Sərhəd Xidmətinin (DSX) dünyasını dəyişən rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin yerinə hələlik təyinat aparılmayıb.
Bu barədə AzVision.az-a DSX-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mərhum Abbasquliyevin postu ötən aydan boş qalır, heç bir təyinat aparılmayıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general Məhəmməd Abbasquliyev noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib.

M.Abbasquliyev əvvəllər Naxçıvan Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti