MİQ-29-la Xəzər dənizinə düşən pilot kimdir? - FOTO
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az -a bildirib ki, qəzaya düşən pilot onun kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdir.
“Rəşad mənim kürəkənimdir. 20 ildən çox idi ki, xidmət edirdi. Polkovnik-leytenant rütbəsini daşıyırdı. Çalışdığı hərbi hissənin ən təcrübəli, peşəkar pilotlarından biri, həm də hərbi hissə komandirinin müavini idi”.
Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Pilot Hərbi-Təyyarə Qəza