Uzunömürlülərin yaşadığı ölkə- 84 faizi qadındır

   Uzunömürlülərin yaşadığı ölkə-    84 faizi qadındır
  26 İyul 2019    Oxunub:4512
İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 ildə 100 illik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. İtaliyada 1112 sakinin yaşı 105-i keçib.
Azvision.az xəbər verir ki, 2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14456 insan yaşayır. Onların 84 faizi qadındır.

2009-2019-cu illər ərzində yaşı 110-a çatan və 110-dan yuxarı olan 125 nəfərin 93 faizini qadınlar təşkil edib.

Ümumilikdə, İtaliya Avropa məkanında Fransa ilə yanaşı, yaşı 100-dən yuxarı uzunömürlülərin sayına görə rekord vurub. Belə ki, üzunömürlülərin əksəriyyəti Şimali İtaliyada yaşayır.

Azvision.az



Teqlər: İtaliya   Uzunömürlülük   Qadın   Kişi  





Xəbər lenti