“İdmançılarımızdan çoxlu sayda medal gözləyirik”- Nazir

 “İdmançılarımızdan çoxlu sayda medal gözləyirik”-    Nazir
  26 İyul 2019    Oxunub:2007
Avropa Gənclər Olimpiya Festivalından çoxlu sayda medal gözləyirik. Bəzi idman növləri üzrə yüksək nailiyyətə böyük ümid bəsləyirik.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

"Çox istərdik ki, biz bu Festivalda daha çox idman növləri üzrə medallar qazanaq. Festivalın sonuna 2 gün qalıb. Bizim komandamız medal sayına görə 2-ci yerdədir. Azərbaycanın yarışın sonuna qədər medal sayına görə beşlikdən aşağı olmamasını istəyirik",- deyə nazir vurğulayıb.

Azvision.az



Teqlər: Nazir   AzadRəhimov  





Xəbər lenti