TQDK sənəd ala bilməyən məzunlara müraciət etdi

TQDK sənəd ala bilməyən məzunlara müraciət etdi
  02 Dekabr 2013    Oxunub:998
Təhsil sənədi ala bilməmiş əvvəlki illərin məzunlarının nəzərinə!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən “2” almış məzunlar buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə daxil edilməsi və təhsil sənədinin verilməsi üçün bitirdikləri ümumtəhsil müəssisələrinə və yaxud Şəhər (rayon) təhsil şöbələrinə müraciət edə bilərlər.


Teqlər:





Xəbər lenti