Cüdoçumuzun EYOF-da qızıl medal şansı

Cüdoçumuzun EYOF-da qızıl medal şansı
  26 İyul 2019    Oxunub:2011
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Azvision.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqri üzərində ipponla qələbə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Azvision.az


Teqlər: EYOF   Cüdo  





Xəbər lenti