Yeni ilə qədər əfv gözlənilmir - AÇIQLAMA

Yeni ilə qədər əfv gözlənilmir - AÇIQLAMA
  02 Dekabr 2013    Oxunub:944
Bu il üçün əfv sərəncamının imzalanacağı gözlənilmir.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.

Deputatın sözlərinə görə, qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində əfvin olması nəzərdə tutulmur.

Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən sonuncu əfv fərmanı bu ilin oktyabr ayında verilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti