“Rəsulzadənin məzarının gətirilməsi prezidentdən asılıdır”

“Rəsulzadənin məzarının gətirilməsi prezidentdən asılıdır”
  02 Dekabr 2013    Oxunub:990
“Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi barədə qərarı yalnız dövlət verə bilər”

Bu sözləri AzVision.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O vurğulayıb ki, bu məsələylə bağlı dövlət tərəfindən kompleks şəkildə qərar qəbul olunmalıdır : “Bildiyiniz kimi, onun məzarı Türkiyədədir.Onun məzarının bura gətirilməsi üçün dövlətlərarası razılıq olmalıdır. Demokratik cümhuriyyətin bir çox nümayəndələri də var ki, onların məzarları başqa yerdədir. Bu məsələlər kompleks şəklində öz həllini tapmalıdır. Məsələyə yanaşma tərzini biz müəyyənləşdirməliyik. Məzarın orada qalması bizim üçün daha əhəmiyyətlidir, yoxsa bura gətirilməsi. Bunun üçün ictimai müzakirəyə ehtiyac var. Bu müzakirələr nəticəsində vahid qərar qəbul etmək lazımdır.Təbii ki, son qərar ölkənin rəhbərinindir”.

S.Novruzov onu da əlavə edib ki, hələlik, Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi müzakirə mövzusu deyil: “Bu, dövlət rəhbərliyindən asılı olan bir şeydir ki, məzarı bura gətirilsin, ya yox”.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti