“Dinamo” – “Qəbələ” oyununun hakimləri bilindi

“Dinamo” – “Qəbələ” oyununun hakimləri bilindi
  28 İyul 2019    Oxunub:2105
Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.
Azvision.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ”nin yeni mövsümdəki ilk səfər matçının hakimləri bəlli olub.

Avqustun 1-də Gürcüstanda Tbilisi “Dinamo”suna qarşı keçiriləcək qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edəcək. Boris Payçadze adına stadiondakı görüşün baş hakimi Petri Vilyanen, onun köməkçiləri Riku Vihreavuori və Mika Lamppu, dördüncü hakim isə Dennis Antamo olacaq.

Cavab oyununda hakim-inspektor vəzifəsi Yens Larsen (Danimarka), UEFA nümayəndəsi funksiyası Sergey Lisnikə (Moldava) tapşırılıb.

Qeyd edək ki, “Dinamo” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azvision.az



Teqlər: Qəbələ   Hakim  





Xəbər lenti