Usta cüdoçularımız İspaniyada 5 medal qazanıblar

  27 İyul 2019    Oxunub : 1232
Usta cüdoçularımız İspaniyada 5 medal qazanıblar
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az -a verilən məlumata görə, yarışın ilk günlərində Azərbaycan cüdoçuları iki qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Cüdoçularımızdan Fərhad Rəcəbli (M7 90 kq) və Mübariz Cəfərov (M4 81 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar. Qeyd edək ki, bu, Fərhad Rəcəblinin usta cüdoçular arasında yeddinci Avropa çempionluğudur. Qitə çempionatında gümüş medalları Yamən Fətiyev (M5 100 kq), Müşfiq Cəfərov (M5 66 kq), bürünc medalı Babək Hacıyev (M3, 60 kq) qazanıblar.

Qeyd edək ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.

Azvision.az

Teqlər: Cüdo   Avropa-Çempionatı