Gülər Əhmədovaya 3 il həbs verildi - HÖKM
AzVision.az-ın prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hakim Əlisultan Osmanov eks-deputata 3 il iş kəsib.
Sabiq deputat həbs müddətini ümumrejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hökmdə G.Əhmədovanın ilk dəfə cinayət törətməsi, ikinci, üçüncü və dördüncü çağırış parlamentin deputatı olması, işlədiyi müddətdə müxtəlif dövlətlər dostluq qruplarının üzvü olması, şəxsiyyəti və azadlığa buraxılması barədə çoxsaylı müraciətlətin olması və səhhəti yüngülləşdirici hal kimi nəzərə alınıb.
Eks-deputatın həbs müddəti bu ilin fevralın 13-dən hesablanacaq.
Fatimə Kərimli