“Putinin Ermənistana səfəri əleyhimizədir” - Deputat

“Putinin Ermənistana səfəri əleyhimizədir” - Deputat
  02 Dekabr 2013    Oxunub:1169
“Putinin Ermənistan səfəri Azərbaycan üçün faydalı heç bir şey vəd etmir”.
Bu sözləri AzVision.az-a açıqlamasında, millət vəkili Fazil Mustafa Rusiya prezidenti Vladimir Putinin Ermənistan səfərini şərh edərkən bildirib.

Deputat vurğulayıb ki, Putinlə Sarkisyan arasındakı gizli danışıqlar Azərbaycanın ziyanına olan məsələləri ehtiva edir:
“Putin Azərbaycana da səfər eləmişdi, amma Ermənistana səfəri bir müttəfiqlik münasibətləri konteksində gedən bir səfərdir. Həm də, Ermənistana dəstək verdiyini davamlı şəkildə nümayiş etdirmək məqsədi güdür. Bütün hallarda bu səfər Azərbaycan üçün faydalı heç bir şey vəd etmir”.

Mirvari



Teqlər:





Xəbər lenti