YAP-dan Gülər Əhmədova ilə bağlı hökmə REAKSİYA

YAP-dan Gülər Əhmədova ilə bağlı hökmə REAKSİYA
  02 Dekabr 2013    Oxunub:1028
Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya 3 il həbs cəzası verilməsinə özünəməxsus şəkildə reaksiya verib.

YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında keçmiş həmkarı və partiyadaşı barəsində çıxarılan hökm barədə əlavə şərh verməyə ehtiyac olmadığını vurğulayaraq son sözün məhkəmə tərəfindən deyildiyini bildirib.

“Məhkəmə öz sözünü dedi, məncə, bundan əlavə nəsə demək düzgün olmazdı”.

YAP-ın digər rəsmisi Mübariz Qurbanlı isə bu mövzu barədə danışmaq niyyətində olmadığını deyib.

Partiyanın icra katibinin müavini Siyavuş Novruzov isə hələlik bu xəbərdən məlumatsız olduğunu və bu səbəbdən daha sonra münasibət bildirəcəyini vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti