Sürücülərin YPX maketlərinə münasibəti necədir? - VİDEO

  Sürücülərin YPX maketlərinə münasibəti necədir? -    VİDEO
  29 İyul 2019    Oxunub:6638
Azərbaycanın avtomobil yollarında sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketinin tətbiqinə başlanılıb.
Uzaqdan əsl Yol Patrul Xidməti (YPX) avtomobillərinə bənzəyən maketlər rayonlar istiqamətində (gediş və gəliş) magistral yollarda düzülüb. Hazırkı mərhələdə Bakıda tətbiqi nəzərdə tutulmayan maketlər sürücüləri sürət həddini aşmaqdan çəkindirəcək.

Maketlərin yerləri mütəmadi olaraq dəyişdiriləcək. Dünyanın bir sıra ölkələrində tətbiq edilən maketlərə bizim yerli sürücülərin münasibəti necədir?

Azvision.az bununla bağlı sürücülərin fikirlərini öyrənib. Onların əksəriyyəti yollarda YPX maketlərinin qoyulmasını düzgün addım kimi qiymətləndiriblər.



Aytən Zəhra
Video: Əhməd Xəlilov, Azər Həsənov

Azvision.az



Teqlər: YPX   Maket   Sürücü  





Xəbər lenti