BDU yeni müqavilə imzaladı

BDU yeni müqavilə imzaladı
  02 Dekabr 2013    Oxunub:1012
Bakı Dövlət Universiteti Türkiyənin İzmir Yüksək Texnoloji İnstitutu ilə Əməkdaşlıq müqaviləsi imzalayıb.

Universitetin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müqaviləni rektorlar - professor, doktor Mustafa Güden və akademik Abel Məhərrəmov imzalayıblar.

Müqavilə tələbə-müəllim mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti