Məmmədyarov BMT rəsmisini qəbul edib
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkəmizin bu təşkilat ilə əməkdaşlığında müsbət addım kimi xüsusi qeyd edilib.
Sven Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Tərəflər, həmçinin hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sven Alkalay Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitin yaradılmasından məmnunluq ifadə edib və ölkə bazarının xarici iş adamları üçün cəlbedici olduğunu qeyd edib.
AzVision.az