Aleksandr Səmədov karyerasını başa vurub

Aleksandr Səmədov karyerasını başa vurub
  30 İyul 2019    Oxunub:1831
Rusiya millisinin Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını başa vurub.
Azvision.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçi “Instagram” hesabında yazıb. Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, peşəkar futbol karyerasına 2002-ci ildən başlayan Səmədov Moskvanın “Spartak”, “Dinamo”, “Lokomotiv” klublarında çıxış edib. 2011-2018-ci illərdə Rusiya millisinin heyətində 53 oyunda 7 qol vurub.

Azvision.az



Teqlər: AleksandrSəmədov   Futbol  





Xəbər lenti