Prezidentin pul mükafatı ayırdığı gənc idmançılar - ADLAR
Millimizə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Belə ki, Fərid Sadıqlı, Qurban Qurbanov, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbsət güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal qazanıb.
Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.
Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə yarışda bürünc medalla kifayətlənib.
Qeyd edək ki, medal qazanan idmançılara veriləcək pul mükafatının ümumi dəyəri 179 min manatdır. Bundan əlavə, nəticə göstərən idmançıların məşqçiləri üçün də pul mükafatı nəzərdə tutulub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: EYOF