Evdən silah, narkotik və 27 min dollar tapıldı

Evdən silah, narkotik və 27 min dollar tapıldı
  31 İyul 2019    Oxunub:1379
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolları, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27 min ABŞ dolları, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patronlar və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb. Dindirilmə zamanı Seymur Quliyev cinayət əməlini etiraf edib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Azvision.az


Teqlər: Balakən   Narkotik   Silah  





Xəbər lenti