100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb

100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb
  31 İyul 2019    Oxunub:1716
İlin əvvəlindən indiyədək paytaxtda 100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınmaqla mütəxəssislər tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun yeni dayanacaq pavilyonları quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Həmçinin mövcud pavilyonlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.







Azvision.az



Teqlər: BNA   Dayanacaq  





Xəbər lenti