“Qarabağ” möhtəşəm qələbə ilə növbəti mərhələdə - Yenilənib

 “Qarabağ” möhtəşəm qələbə ilə növbəti mərhələdə -  Yenilənib
  01 Avqust 2019    Oxunub:10756
"Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyunu keçirib.

Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib.
Görüşün 12-ci dəqiqəsində "Qarabağ" hesabı açıb. Romero möhtəşəm qola imza atıb. 24-cü dəqiqədə isə Filip Ozobiç zədələnib. Onun yerinə Dani Kintana meydana daxil olub.

Azərbaycan çempionu bir neçə dəfə fərqlənməyə yaxın olsa da, matçın ilk hissəsi 1:0 hesabı ilə yekunlaşıb.

Fasilədən sonra "Qarabağ" oyuna daha aktiv başlayıb. Ardıcıl hücumlardan sonra Qurban Qurbanovun komandası 75-ci dəqiqədə ikinci qola sevinib. Bu dəfə Ailton adını qol siyahısına yazdırıb.

87-ci dəqiqədə Romero dubl edərək "Qarabağ"ın 3-cü qolunu rəqib qapısından keçirib. Beləliklə, "Qarabağ" 3 cavabsız qolla "Dundalk" səddini keçərək, növbəti mərhələyə yüksəlib. Ağdam klubunun üçüncü təsnifat mərhələsində rəqibi Kiprin APOEL komandası olacaq.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti