“Neftçi” və “Qəbələ” cavab oyununa çıxır

“Neftçi” və “Qəbələ” cavab oyununa çıxır
  01 Avqust 2019    Oxunub:1634
Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Azvision.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən “Neftçi” və "Qəbələ" klubları cavab matçına çıxacaqlar.

“Neftçi” evdə Rusiyanın "Arsenal" klubunu qəbul edəcək. "Ağ-qaralar" Tuladakı matçda qazandığı 1:0 hesablı qələbə ilə böyük üstünlük əldə edib. Bu cütün qalibi 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Öz meydanın 0:2 hesabı ilə Gürcüstan təmsilçisi “Dinamo”ya uduzan "Qəbələ"ni isə çətin səfər oyunu gözləyir. Bu cütün qalibi 3-cü mərhələdə Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.

Qeyd edək kİ, hər iki matçın start fiti saat 21:00-da çalınacaq.

Azvision.az






Teqlər: Qəbələ   Neftçi   Avroliqa  





Xəbər lenti