Əli Abbasovun 50 milyonluq `Bakı layihəsi`

Əli Abbasovun 50 milyonluq `Bakı layihəsi`
  03 Dekabr 2013    Oxunub:1143
“İnternetin sürətinin zəif olması ilə bağlı narazılıqları aradan qaldırmaq üçün dövlət yeni layihə hazırlayıb”.


Bunu AzVision.az-a açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, yeni layihənin həyata keçirilməsi üçün 50 milyon manatdan çox vəsait ayrılacaq.

“Qərar qəbul olunub ki, belə böyük bir layihə həyata keçirilsin. bu Bu layihənin nəticəsində elə bir şərait yaranacaq ki, Bakının hər yerində istifadəçilər, hətta 100 meqabit sürətlə internetdən istifadə edə biləcəklər.

Yəni, tək Bakıda belə bir şəbəkənin qurulmasına təxminən 50 milyondan çox vəsait ayrılacaq. İşin tam detallı layihəsini hazırlamışıq. Texniki olaraq mütəxəsisslər , layihə işçiləri bu işə cəlb edilib. Bunun üçün demək olar şəhər şəbəkəsi, texniki infrastruktur yenidən qurulmalıdır. Biz ATS-ləri dəyişmişik. Bakıda bu gün nəinki elektron ATS-lər, hətta elektron xidmət üst versiyasıdır”.

Nazi müavinin sözlərinə görə, yeni layihə 2016- cı ilə qədər həyata keçiriləcək.

“Biz bu layihəni Dövlət Neft Fondu ilə birgə hazırlamışıq və həyata keçirilməsini nəzərdə tutmuşuq. Nəticədə, Azərbaycanda ən ucqar kənddə belə miniumum 5-10 meqabit interneti hədəfə qoymuşuq. Bunun layihəsi də artıq hazırdır. Layihə bir-iki vərəqdən ibarət deyil, qalın-qalın sənədlər və hər bir kəndə adamları göndərmişik, ərazilərə baş çəksinlər, lazımı işləri görsünlər. Yetər ki, vətəndaşın evində komputeri və daxilolma qurğusu olsun və şəbəkəyə daxil ola bilsin”-deyə İ.Məmmədov vurğulayıb.

Şəhanə Rəhimova


Teqlər:  





Xəbər lenti