DSMF-nin yeni sədri işə başladı

DSMF-nin yeni sədri işə başladı
  03 Dekabr 2013    Oxunub:1869
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yeni sədri Elman Mehdiyev artıq fəaliyyətinə başlayıb.
Bu barədə AzVision.az-a açıqlamasında DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, yeni sədr dünən kollektivə təqdim olunub:

“Dünən iclas keçirilib, yeni sədr kollektivə təqdim olunub. Hazırda da öz işindədir. Elman müəllim uzun müddət Fondun sədr müavini, şöbə müdiri vəzifəsində çalışıb. İşini bilən, işinə bələd olan insandır”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün imzaladığı sərəncamla Elman Lütvü oğlu Mehdiyev DSMF-nin yeni sədri təyin olunub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti