Deputatdan TƏKLİF: “Əlillər pulsuz təhsil almalıdır”

Deputatdan TƏKLİF: “Əlillər pulsuz təhsil almalıdır”
  03 Dekabr 2013    Oxunub:935
“Bu gün beynəlxaq əlillər günüdür, 12 minə yaxın əlil var. Onların çoxu Ermənistan-Azərbaycan münaqişəsi zamanı əlil olublar. Növbəti illərdə onların sosial müdafiəsi və ev növbəsində olması nəzərə alınmalıdır”.
AzVision.az xəbər verir ki, bu fikirləri Mili Məclisin bugünkü iclasda deputat İqbal Ağazadə bildirib.

Millət vəkili təklif edib ki, əlillərin təhsil haqları pulsuz olmalıdır.

“Ən azından onların ali təhsil məsələsi pulsuz olsun. Bu dövlət qarşısında prioritet məsələ olmalıdır. İkinci mənim toxunduğum məsələ qiymət artımındandır. Büdcə layihəsinin müzakirəsi zamanı mən demişdim ki, qiymətlər artacaqmı? Amma buna cavab vermədilər. Buna nə ehtiyac var idi? Mən hökümətdən tələb edirəm ki, yenidən buna baxsın və bu əsaslandırılsın. Mən başa düşmürəm ki, qiymət azalması niyə yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə bu gündən?”-deyə deputat bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti