2019 ən isti beş ildən biri ola bilər

2019 ən isti beş ildən biri ola bilər
  05 Avqust 2019    Oxunub:2042
İyun və iyul aylarında Avropa və Şimali Amerikanın böyük hissəsini əhatə edən istilik dalğalarına görə 2019-cu il ən isti beş ildən biri ola bilər.
Azvision.az xəbər verir ki, Ümumdünya Metreoloji Təşkilatı (WMO) belə bir proqnozla çıxış edib. Təşkilatın baş katibi Petteri Taalas bildirib ki, proqnozlara əsasən, 2015-2019-cu illər ən isti 5 illik dövr olacaq.

O, “planetimiz üçün bir çox nəticəsi olan təhlükəli temperatur səltənətinin” artan hücum təhdidlərinə də işarə edib. Qeyd edib ki, iyulun ilk 29 günündə müşahidə edilən yüksək temperatura görə, bu ay bu günə qədər ən isti hesab edilən 2016-ci ilin iyun ayına ya bərabər olacaq, ya da onu keçərək.

Qeyd edək ki, son günlər Avropa ölkələrində havanın temperaturu yüksək həddə çatıb. İsti hava nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, insanların səhhətinə və ətraf mühitə də mənfi təsir göstərib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Hava   İsti  





Xəbər lenti