İqtisadçı-deputat Şahin Mustafayevdən hesab sordu

İqtisadçı-deputat Şahin Mustafayevdən hesab sordu
  03 Dekabr 2013    Oxunub:1386
“2014-cü ilin dövlət büdcəsində kommunal xidmətlər üçün 15 faizə yaxın artım nəzərdə tutulub”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

“Biz 2014-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələyə toxunmuşuq. 2014-cü ilin dövlət büdcəsində komunnal xidmətlər üçün 15 faizə yaxın artım nəzərdə tutulub. İqtisadçı olduğumuz üçün bizə maraqlı gəldi ki, 2014-cü ildə dövlət büdcəsində qiymət artımı nəzərdə tutulub. O zaman biz iqtisadiyyat və sənaye nazirinin müavininə və maliyyə nazirinə müraciətlə etdik və cavablar aldıq ki, bu məsələ gündəmdə yoxdur və məsələyə baxılmır. Amma büdcənin analizlərinə baxıb gördük ki, büdcənin gəlir hissəsini doldurmaq üçün müəyyən artımlar nəzərdə tutulub. Bu, gözlənilən idi, amma bu səviyyədə yox! Biz yanacağın qiymətinin 27-30 faiz artırılmasını gözləmirdik. Düşünürdük ki, hardasa 10 faizə qədər arta bilər. Hətta, mən də təklif etmişdim ki, qiymət artımı gələn ilin ikinci yarım ilindən olsun. Ancaq Tarif Şurası bu ilin sonunda bu qərarı verdi və yanacağın qiyməti 27-30 faiz artdı”.

V.Əhmədov bu qiymət artımının təkcə yanacağın qiyməti ilə başa çatmayacağını bildirib:

“ Bu qiymət artımı digər sahələrdə də artıma səbəb olacaq. Hesab edirəm ki, bunun da əsas məsuliyyəti İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür. Yəni, subyektiv qiymətlərdən sahibkarlar istifadə edib qiymətləri qaldırmamalıdır. Bu sosial gərginliyə gətirib çıxara bilər. Bilirsiz ki, 2013-cü ilin əvvəlindən başlayaraq, Azərbaycanda neftin hasilatı ildə 5-6 faiz aşağı düşür. İndi bu qiymət artımının faizi yüksək olduğu üçün əhalinin sosial vəziyyətinə çox ciddi təsir göstərəcək. İqtisadi İnkişaf və Sənaye Nazirliyinin xüsusi departamenti mövcuddur. Bu məsələyə də həmin qurum nəzarət etməlidir ki, yanacağın qiymətinin artımı digər sahələrdə artıma təsir etməsin. Azərbaycanda elə bir məhsul yoxdur ki, həmin məhsulun tərkibində yanacaq müəyyən maya dəyərində oturmasın. Ona görə də yanacağın qiymətinin artımı ərzaq və qeyri-ərzaq məhsullarının, sərnişin daşıma nəqliyyatında da qiymət artımına səbəb ola bilər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti