Yetim uşaqlar təhsil haqqından azad edildi
AzVision.az xəbər verir ki, qanuna təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
Qanunda dəyişikilik “Təhsil haqqında” qanunun 14-cü maddəsinə edilib. Əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, özəl, ali və orta ixtisas təhsili müəssələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdəsi hesabına ödənilir”-deyə qanun layihəsinə təklif olunan dəyişiklikdə qeyd edilib.
Sevinc İltifatqızı