Deputatın Oqtay Əsədovla zarafatı “dava” ilə bitdi
“Mən nə vaxt çıxış üçün adımı yazdırıramsa, çıxış üçün adını yazdıran deputatların sayı çox olur. Amma mən adımı yazdırmayanda çıxş edən olmur”
F.Mustafanın fikirlərinə spiker Oqtay Əsədov reaksiya verib. Spiker deyib ki, Fazil Mustafa görünür,özünüzdən çox razısınız. Xahiş edirəm, digər deputatları təhqir etməyin.
F.Mustafa spikerə zarafat etdiyini deyib.
“Yəqin ki, bizim sözümüz olur ki, adımızı çıxış üçün yazdırırıq. Mən zarafat edirdim və kimisə təhqir etmək niyyətim yox idi”.
Spiker Oqtay Əsədov isə deputatın bu sözlərinə belə cavab verib: “Fazil bəy bura Milli Məclisdir. Zarafat yeri deyil. Həm də mənim sizinlə heç bir zarafatım yoxdur. Danışığınıza diqqət edin” .
Sevinc İltifatqızı