Qurban Qurbanov: "Səhvlərə yol verməməliyik"

   Qurban Qurbanov:    "Səhvlərə yol verməməliyik"
  06 Avqust 2019    Oxunub:2057
"APOEL-in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən".
Azvision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir:

"Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq".

Azvision.az


Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti