İdmançılarımızın Balkan Çempionatında uğurlu çıxışı

İdmançılarımızın Balkan Çempionatında uğurlu çıxışı
  06 Avqust 2019    Oxunub:1658
Türkiyənin paytaxtı Ankarada keçirilən Uşu üzrə Açıq Balkan Çempionatına yekun vurulub.
Azvision.az Azərbaycan Uşu Federasiyasına istinadən xəbər verir ki, ölkəmizi yarışlarda təmsil edən yeniyetmələrdən Amal Məmmədov (40 kq), Pərviz Abıyev (42 kq) və böyüklər arasında dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (56 kq) çempionatda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər idmançılarımız Cəlal Seyidov (32 kq) və Böyükağa Məstanov (36 kq) finala vəsiqə qazanıblar. Lakin finalda idmançılarımızın rəqibləri güclü olduğundan gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, ölkəmizi çempionatda 20 idmançı təmsil edib. Yarışda ümumilikdə 10 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparıb.

Azvision.az



Teqlər:





Xəbər lenti