“Qarabağ” arağı Rusiya bazarında - TƏXRİBAT
Məhz bu səbəbdən 1998-ci ildə Xankəndində “Artsax Alko” şirkəti yaradılaraq dövriyyəyə buraxılıb. Şirkətin əsas işi sırf alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olmaqdır. Bu məqsədlə lazımi ixrac göstəricilərini qazanmaq üçün isə Əsgəran rayonunda yerləşən çaxır zavodu təmir olunub.
Burada istehsal olunan və tut, gavalı, cır armud, şaftalı və s. meyvələrdən əldə olunan çəkmə araq “Artsax” brendi adı altında Rusiya bazarında maneəsiz satışa çıxarılıb.
İndi də Rusiyanın əksər iri şəhərlərindəki ticarət mərkəzlərində “Artsax Alko” şirkətinin məhsullarına rast gəlmək olar.
Hətta “Artsax Alko” şirkətinin 1999-cu ildə Moskvada keçirilən “ProdEkspo” sərgi-yarmarkasında qızıl medalla təltif olunub. Bundan başqa, Rusiya bazarındakı artan tələbatı nəzərə alaraq şirkət rəhbərliyi 2004-cü ildə “Artsax-Rus” şirkətini yaradıb.
Qarabağda istehsal edilən alkoqollu içkilərin Rusiya bazarında satışını həyata keçirməli olan “Artsax-Rus”-a yerli orqanlardan, o cümlədən, Rusiya Federal alkoqol bazarına nəzarət xidmətindən, Moskva höküməti ticarət və xidmət departamentindən müvafiq lisenziyalar verilib. Bununla bağlı şirkət www.artsakh-rus.ru ünvanında yeni sayt istifadəyə verib.
Saytda şirkətin fəaliyyəti və təqdim edilən məhsulların çeşidləri təqdim olunur. Beləliklə, aydın olur ki, dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağ 10 ildən artıqdır ki, Rusiya bazarına məhsul ixrac edir və bundan gəlir götürür.
Vüqar İsmayılov