“Cəmil Həsənli işdən 2 il əvvəl çıxıb” - AÇIQLAMA

“Cəmil Həsənli işdən 2 il əvvəl çıxıb” - AÇIQLAMA
  03 Dekabr 2013    Oxunub:1114
"Professor Cəmil Həsənli xəstəliyi ilə əlaqədar 2 il əvvəl öz ərizəsi ilə universitetdən çıxsa da, universitet rəhbərliyi məsləhət bilib ki, aspirant və magistrantlarla dərs aparsın. Lakin onun bu işi davam etdirməyə də imkanı olmayıb".

Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin universitetdən uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

A.Məhərrəmov bildirib ki, Cəmil Həsənli bir il dərs apardı, lakin növbəti il dərslərə gəlmədiyi üçün universitetdən kənarlaşdırıldı.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti