Səlim Müslümov:“Onları işdən çıxardacağıq”
Kimlərsə yerlərdə belə hallara yol verəcəksə, dərhal cəzasını alacaq və işdən azad olunacaq”.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sosial müdafiə sahəsində bu proses başlayıb və davam edəcək.
Nazirin sözlərinə görə, prezident tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsi üçün dərhal bütün işlər görüləcək: “Bu sahədə hələ bəzi təmizləmələr aparmaq, tam şəffaflığı təmin etmək lazımdır. Ünvanlı sosial yardım, tibbi sosial ekspert komissiyalarının işində və digər sahələrdə də başqa söhbət ola bilməz”.