SOCAR İrəvanda: Ermənilər çaş-baş qaldılar - FOTOLAR

  07 Avqust 2019    Oxunub : 23369
 SOCAR İrəvanda: Ermənilər çaş-baş qaldılar - FOTOLAR
Ötən gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, tur çərçivəsində "Ararat - Ermənistan" və Gürcüstanın "Saburtalo" komandaları qarşılaşıblar. İrəvanın Respublika stadionunda baş tutan görüşdən Gürcüstan çempionu 2-1 hesablı qələbə ilə ayrılıb.

Ermənistan telekanalları matçı canlı yayımlamaqdan imtian ediblər. Məlum olub ki, buna səbəb "Saburtalo"ya SOCAR-ın həm titul, həm də forma sponsorluğu etməsidir. Ermənistan televiziyaları SOCAR-ın abreviaturası və loqotipini göstərməmək üçün belə bir addım atıblar. Bu səbəbdən oyun "Youtube"də yayımlanıb.







Azvision.az

Teqlər: Avroliqa   SOCAR