“Qalatasaray” 16-cı dəfə Superkuboku qazandı - VİDEO

“Qalatasaray” 16-cı dəfə Superkuboku qazandı -  VİDEO
  08 Avqust 2019    Oxunub:3468
Türkiyə Superkubokunun final matçı keçirilib. Həlledici görüşdə “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.
Azvision.az xəbər verir ki, Ankaranın “Eryaman” stadionunda keçirilən görüş “Cim-bom”un 1:0 hesablı qələbəsilə yekunlaşıb. Oyunda yeganə qolu matçın 39-cu dəqiqəsində Yunes Belhanda vurub.

Qeyd edək ki, bu qələbə sayəsində “Qalatasaray” 16-cı dəfə Türkiyə Superkubokuna sahib olub.



Azvision.az



Teqlər: Qalatasaray  





Xəbər lenti