Azərbaycanlı refer ÇL-nı oyununa təyinat alıb

  08 Avqust 2019    Oxunub : 794
Azərbaycanlı refer ÇL-nı oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.
Azvision.az xəbər verir ki, Ağayev Avstriyada LASK və İsveçrənin “Bazel” komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin cavab matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Oyun avqustun 13-də baş tutacaq.

Azvision.az

Teqlər: FİFA   ÇL