Maşından silah-sursat, 39 kq marqanes tapıldı

Maşından silah-sursat, 39 kq marqanes tapıldı
  08 Avqust 2019    Oxunub:1607
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış “TOZ-8” markalı silah, 88 patron və 39,5 kiloqram kalium permanqanat (marqanes) aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   Maşın  





Xəbər lenti