Yuxu haqqında bilmədiklərimiz

Yuxu haqqında bilmədiklərimiz
  03 Dekabr 2013    Oxunub:2740
Biz yuxunu bütün gecə boyu görürük. Çoxları səhvən fikirləşir ki, yuxugörmə yalnız tez yuxu fazasında olur. Əslində isə yuxugörmə bizi yuxunun bütün fazalarında və hətta oyaq vaxtımızda da müşayət edir.
Lakin hər halda, tez yuxu fazasında biz daha çox yuxu görürük və bu yuxular öz parlaqlığı, emosionallığı ilə fərqlənir.

Müntəzəm yuxusuzluq insanı yarımeyforiya halına salır və 1970-ci illərdən başlayaraq, alimlər tərəfindən depressiyanın müalicəsində istifadə olunur. Təəsüf ki, müalicə kursu zamanı pasiyentlərə yatmaq imkanı verilən kimi əzginlik və ümidsizlik yenidən qayıdır.

Bu metodda ehtiyatlı olmağı tələb edən əsas məqam uzun müddət yuxusuz qalan pasientdə yaddaş zəifliyi və orqanizmdəki digər problemlərin baş qaldırması ehtimalının yüksək olmasıdır.

Yuxuya olan ehtiyac fərddən asılı olaraq müxtəlifdir. Müxtəlif insanların diqqətcilliyi onların hər hansı hadisəyə reaksiyasını göstərən test vasitəsilə yoxlanılır. Test hər kəsin müxtəlif miqdarda yuxuya ehtiyacı olduğunu göstərir.

ABŞ-ın Pensilvaniya universitetində aparılan tədqiqatlar müəyyən edib ki, 8 saatlıq yuxu əksər insanlara kifayət edir və bu zaman onların eyni hadisəyə reaksiya müddəti təxminən dəyişmir. Lakin onların arasında Marqaret Tetçer kimi 5%-lik azlıq var ki, 5 saat ya ondan az yuxu onlara kifayət edir.

Tədqiqatlar göstərir ki, bəzi insanlarda sübh açılarkən yuxuya getmək və günorta çağı oyanmağa genetik meyl var. Belə rejim təxminən 40% insan üçün əlverişlidir. Ona görə, belə insanlar özlərini daha komfortlu hiss edə və gün ərzində daha faydalı iş əmsalına nail ola bilərlər.

Vüqar
AzVision.az



Teqlər:





Xəbər lenti