"Qarabağ" - APOEL matçına 8 min bilet satılıb

  09 Avqust 2019    Oxunub : 830
"Qarabağ" - APOEL matçına 8 min bilet satılıb
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün 8 min bilet satılıb. Ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür.

Azvision.az

Teqlər: Qarabağ