Banklar gücləndirilmiş rejimdə işləyəcək

Banklar gücləndirilmiş rejimdə işləyəcək
  09 Avqust 2019    Oxunub:1730
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar 12-13 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatadan Azvision.az -a verilən məlumata görə, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə Bakı, Gəncə və Lənkəran şəhərlərində 21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək. Bu banklardan 8-nin Bakıda yerləşən 12 filial və şöbəsi 24/7 rejimində çalışacaq.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə (+99470 922-29-99) müraciət edilə bilər.

Azvision.az



Teqlər: Palata   Bank   Bayram  





Xəbər lenti