“Qarabağ" - APOEL oyununa 15 min bilet satılıb

“Qarabağ" - APOEL oyununa 15 min bilet satılıb
  10 Avqust 2019    Oxunub:1989
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün 15 min bilet satılıb.
Klubdan Azvision.az -a verilən məlumata görə, matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür.

Azvision.az



Teqlər: Qarabağ   Bilet  





Xəbər lenti