FHN əməkdaşı yanğında xəsarət aldı - VİDEO

  FHN əməkdaşı yanğında xəsarət aldı -    VİDEO
  11 Avqust 2019    Oxunub:4367
Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, 10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.



Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.

Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti